İstehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Tovuz rayonunun Aşağı Öysüzlü kəndində Tağıyeva Xəyalə Akif qızına məxsus ərzaq satışı mağazasında yoxlama aparılıb.
Baxış zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu, yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib və saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.