Madər Musayev vəfat edib

Xəbərlər

14.07.2023 - 13:53

cedabet dərman SEO Xidməti

Deputat 75 yaşında dünyasını dəyişib

Milli Məclisin deputatı Madər Musayev vəfat edib. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun köməkçisinə istinadən məlumat yayılıb.

Qeyd edilib ki, millət vəkili daxili orqanların xəstəliyi səbəbindən dünyasını dəyişib.

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Xatırladaq ki, o, ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş