Gəmidə ümumilikdə 130 sərnişin olub
Madaqaskar sahillərində gəmi batıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 60 nəfər itkin düşüb. İlkin məlumata görə, gəminin mühərriki sıradan çıxıb və nəticədə o, rifə çırpılıb. İlkin məlumata görə, gəmidə ümumilikdə 130 sərnişin olub.
Onlardan 45-nin həyatını xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.