Macarıstanda maska ​​taxmaq tələbi ləğv edilir

Dünya

07.03.2022 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Vaksinasiyadan sonra bəzi məhdudiyyətlər ləğv edilib

Bazar ertəsindən etibarən Macarıstan hakimiyyəti ictimai yerlərdə qoruyucu maskaların məcburi taxılmasını, eləcə də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra digər məhdudiyyətləri aradan qaldırır.

AYNA TASS-a istinadən xəbər verir ki, baş nazir aparatının rəhbəri Qergeli Quyaşın sözlərinə görə, bu qərar əhalinin uğurla peyvənd olunmasından sonra verilib.

“Bazar ertəsindən etibarən ictimai nəqliyyatda, mağazalarda, ticarət mərkəzlərində, poçt şöbələrində, teatrlarda, kinoteatrlarda, muzeylərdə, eləcə də idman yarışlarında maska ​​taxmaq öhdəliyi ləğv edilir. Bu tələb kafe və restoranlarda çalışanlara da aid olacaq",- deyə Qergeli Quyaş bildirib.

Bundan əlavə, açıq hava tədbirlərində iştirakçıların sayına qoyulan məhdudiyyətlər də aradan qaldırılır. Həmçinin işçilərin məcburi peyvənd olunması tələbi də ləğv edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş