Macarıstan hökumətinə qarşı etirazlar başladı: müxalifət mitinq keçirib

Dünya

26.02.2024 - 12:24

Mitinqin iştirakçıları arasında Budapeştin meri Gergeli Karacsoni də olub

Macarıstanın dörd müxalifət partiyası birbaşa prezident seçkiləri tələbi ilə Budapeştdə parlament binası qarşısında mitinq keçirib. AYNA xəbər verir ki, bu barədə “Frisshirek” portalı məlumat yayıb.

Mitinqdə müxalifətçilər uşaq evində uşaqlara cinsi zorakılıq tətbiq etməkdə təqsirli bilinən məhkumun əfv edilməsi işi ilə bağlı parlamentdə araşdırma komissiyasının yaradılmasını istəyiblər. Nümayişin iştirakçıları arasında Budapeştin meri Gergeli Karacsoni də olub.

Mitinqin təşkilatçılarının fikrincə, Baş nazir Viktor Orbanın yenidən hakimiyyətlə bağlı qərarlar qəbul etməsinə və “pedofil cinayətkarı əfv edəcək Prezident seçdirməsinə” icazə verilməməlidir.

Etirazlar fevral ayında Macarıstanın keçmiş Prezidenti Katalin Novakın uşaq evində uşaq cinsi istismarına kömək etməkdə ittiham olunan məhkumu əfv etməsindən sonra başlayıb. Nəticədə, Baş nazir Viktor Orbanın müttəfiqi Novak qalmaqaldan sonra könüllü olaraq vəzifəsini tərk edib.

Onun ardınca Avropa Parlamentinə seçkilərdə siyahının lideri Judit Varqa və Macarıstan İslahat Kilsəsinin sinodunun sədri Baloq Zoltan istefa verib. O etiraf edib ki, Novakı günahkarı əfv etməyə inandırıb.

Nümayişçilər hesab edirlər ki, ənənəvi dəyərləri və uşaqların müdafiəsini müdafiə edən hakim “Fides” Partiyası pedofillərə və ya onlarla əlaqəli insanlara haqq qazandıran zaman ikiüzlülük edir.

Qeyd edək ki, Macarıstanda Prezidenti parlament seçir. Belə ki, 2022-ci ildə parlamentin 199 üzvündən 137-si Novak, 51-i isə onun rəqibi, iqtisadçı Piter Rohna səs verib.

Müəllif: Ayna.az