Lukaşenko Putin, Zelenski və Trampı Minskdə danışıqlara dəvət edib

Dünya

05.03.2025 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

“Gəlin burada sakit, səs-küysüz, qışqırmadan oturaq və razılığa gələk"

“Rusiya Prezidenti Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenski və onların amerikalı həmkarı Donald Tramp Minskdə münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar apara bilərlər”. AYNA.AZ xəbər verir ki, dövlət başçılarını Belarusun paytaxtına ölkə Prezidenti Aleksandr Lukaşenko dəvət edib. Onun fikirlərini Belarus liderinin “Telegram” kanalı yayıb.

“Biz razılığa gəlməliyik! İstəyirsinizsə, gəlin, yaxınlıqdadır, sərhəddən Kiyevə 200 kilometrdir, təyyarə ilə yarım saatdır. Gəlin! Gəlin burada sakit, səs-küysüz, qışqırmadan oturaq və razılığa gələk", - Belarus lideri qeyd edib.

Belarus Prezidenti həmçinin Donald Trampa onu Putin və Zelenski ilə birlikdə Minskdə gözlədiyini çatdırmağı xahiş edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş