Lukaşenko: "Hazırda məni öldürməyə çalışırlar"

Dünya

07.02.2022 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Belarus Prezidenti ona qarşı sui-qəsd hazırlandığını açıqlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı teleaparıcı Vladimir Solovyova müsahibəsində naməlum şəxslərin onu öldürmək istədiyini və artıq sui-qəsd hazırlığının başladığını bildirib. AYNA xəbər verir ki, Belarus liderinin sözləri "Soloviev Live" "YouTube" kanalında yerləşdirilib.

Jurnalist siyasətçiyə onu fiziki cəhətdən aradan qaldırmaq cəhdləri ilə bağlı sual verib. Cavabında Lukaşenko əmin edib ki, naməlum şəxslər hazırda onu öldürməyə çalışırlar.

Prezident gözlənilən sui-qəsdin təfərrüatlarını və bununla bağlı əlində olan sübutları açıqlamayıb: "Sübutları bir ay ərzində təqdim edəcəyimə söz verirəm". 

Eyni zamanda, Belarus lideri əlavə edib ki, övladları da təhlükə altındadır: "Bu, kənardadır. Bu, qırmızı xətt deyil, artıq başqa bir şeydir”.

Qeyd edək ki, Lukaşenko dəfələrlə Belarus müxalifətini və xarici kəşfiyyat xidmətlərini ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib. 2021-ci ilin aprelində Prezident ABŞ kəşfiyyatçılarının iştirakı ilə ona və oğulanlarına qarşı sui-qəsd hazırlandığını iddia edib. Lukaşenko bildirib ki, 1994-cü ildə onu aradan götürməyə cəhd ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş