Lukaşenko: “Belarusun suverenliyi üçün təhdid və təhlükə var”

Dünya

28.05.2021 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Prezident vəziyyəti Birinci Dünya müharibəsinin başlanğıcı ilə müqayisə edib

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ərazi bütövlüyü və suverenliyinin təhdid altında olduğunu bildirib. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, bu barədə Prezident Belarusun Sərhədçi Günü münasibətilə təbrik mətnində deyib.

 

Lukaşenko mövcud vəziyyəti Birinci Dünya müharibəsinin başlanğıcı ilə müqayisə edərək dövlətin sərhədlərin toxunulmazlığını və vətəndaşların təhlükəsizliyini qorumaq üçün əlindən gələni edəcəyini vurğulayıb: “Səksən il əvvəl yaşıl qapaqlı əsgərlər vətənimizə xaincəsinə hücum edən düşmənlə ilk qarşılaşanlar idi”.

 

Prezident təhdidin haradan gəldiyini və sərhədçilərin necə davranmalı olduğunu açıqlamayıb. Sadəcə bildirib ki, sərhədçilər andlarına sadiq olmalıdırlar: “Əminəm ki, onlar babalarının və ulu babalarının xatirəsini əziz tutacaqlar, Vətənin müqəddəs sərhədlərini etibarlı şəkildə qoruyacaqlar”.

 

Lukaşenkonun ölkədəki və xaricdəki siyasi vəziyyəti 1941 ilə müqayisə etməsi ilk hal deyil. Belarusda 2020-ci ildə keçirilən prezident seçkilərinin nəticələrindən sonra respublikada kütləvi etirazlar başladıqdan sonra da o, vəziyyəti İkinci Dünya müharibəsi öncəsi ilə müqayisə etmişdi. Qeyd etmişdi ki, Belarusun Qərb sərhədlərindən təhdid və təhlükə olduğu üçün ordunun yarısını tam döyüş vəziyyətinə gətirmək məcburiyyətində qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş