Lukaşenko 32 məhkumu əfv edib

Dünya

21.11.2024 - 00:37

Həkimlər Klinikalar SEO Xidməti

Əfv edilənlərdən səkkizi qadın və 24-ü kişi məhkumdur

Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətməkdə təqsirli bilinən 32 nəfəri əfv edib. AYNA xəbər verir ki, bu barədə BELTA dövlət başçısının Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, əfv edilənlərdən səkkizi qadın və 24-ü kişi məhkumdur. Onların hamısı günahlarını etiraf edib, əməllərindən peşman olub və əfv olunmasını istəyiblər.

Əfv olunanlardan 17 nəfərin xroniki xəstəliyi var, biri əlildir. 17 məhkumun övladı var, onlardan ikisi çoxuşaqlıdır. Yaşı 50-dən yuxarı olan 9 nəfər əfv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş