Liviyada minlərlə “Vaqner” muzdlusu var

Dünya

12.12.2021 - 22:03

Həkimlər Klinikalar SEO Xidməti

Liviya Dövlət Şurasının rəhbəri: ““Vaqner”in Suriyada 7 min muzdlusu və 30 reaktiv təyyarəsi mövcuddur”

Liviyanın Ali Dövlət Şurasının sədri Xalid əl-Misri bildirib ki, ölkədə Rusiyanın özəl hərbi şirkəti - “Vaqner”in yeddi mindən çox muzdlusu var. Bu barədə AYNA Anadolu Agentliyinə istinadən xəbər verir.

Misri əlavə edib ki, “Vaqner”in Suriyanın Qardabia aviabazasında Sirt limanında və Kufra şəhərində 30 reaktiv təyyarəsi var.

Əl-Misri bildirib ki, Rusiya Şimali Afrikada mövcudluğunu davam etdirmək üçün ölkə axtarır və bunun üçün Liviyada məskunlaşıb.

Dövlət Şurasının rəhbərinin sözlərinə görə, Rusiya muzdluları Mərkəzi Afrika Respublikasında (CAR) hakimiyyətə öz adamlarını gətirdikdən sonra Liviyanın mərkəzi hissəsini ələ keçirməyə çalışırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş