Litva Ukraynaya 2 milyon avro verilməsini təsdiqləyib

Dünya

29.11.2023 - 23:31

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynaya yardımlar davam etdirilir

Litva “Ukrayna taxılı” beynəlxalq proqramı çərçivəsində onun ixracını maliyyələşdirmək üçün 2 milyon avro ayırıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Litva hökumətinin keçirdiyi iclasın yekununda qəbul edilib.

“Taxıl təşəbbüsü müharibənin qlobal ərzaq bazarında mənfi nəticələrinin azaldılmasında və Litvanın 2 milyon avro ayırdığı Ukraynanın taxıl ixracı imkanlarının gücləndirilməsində mühüm rol oynayır”, - məlumatda qeyd edilib.

Keçən həftə Ukraynaya səfəri zamanı Litvanın Baş naziri İnqrida Şimonite Vilnüsün beynəlxalq proqrama verəcəyi töhfəni də vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş