Litva hökuməti istefa verib

Dünya

15.11.2024 - 01:56

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti Litva Prezidentinə istefanı təqdim edib

Litva Parlamentinin yenidən seçilməsi ilə əlaqədar İnqrida Simonytenin rəhbərlik etdiyi hökumət istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, Nazirlər Kabineti Litva Prezidenti Gitanas Nausedaya istefanı təqdim edib.

Ölkənin Əsas Qanununa əsasən, Seymin yeni çağırışının başlanmasından sonra hökumət istefaya gedir və parlament üzvləri yeni Nazirlər Kabinetini formalaşdıracaq Baş naziri seçməlidirlər. Parlamentarilərin yeni Baş naziri seçmək üçün 15 gün vaxtı var.

Qeyd olunub ki, Nauseda eks-nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrini icra etməyə davam etməyi tapşırıb.

Müəllif: Ayna.az