Leyen: “Ukraynanın Aİ-yə qoşulması prosesini sürətləndirilməlidir”

Dünya

07.05.2025 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, təkcə Ukraynanın istəyi deyil, təhlükəsizliyin ən etibarlı təminatı ola bilər”

Avropa İttifaqı (Aİ) Ukraynanın İttifaqa qoşulması prosesini sürətləndirməlidir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.

"Biz Ukraynanın İttifaqa üzvlük prosesini sürətləndirməliyik. Bu, təkcə Ukraynanın istəyi deyil, təhlükəsizliyin ən etibarlı təminatı ola bilər", - AK rəhbəri bildirib.

Onun sözlərinə görə, Aİ “2025-ci ildə üzvlük danışıqlarının ilk klasterini açmaq və bütün klasterləri açmaq” üzərində işləyir.

Leyen əlavə edib ki, Ukraynanın Aİ-yə üzvlüyü “ədalətli və davamlı sülhün ən böyük təminatı” olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş