Levandovski ilin futbolçusu seçilib

İdman

18.01.2022 - 07:32

Futbolçu ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb

2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.

Futbolçu ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Müəllif: Ayna.az