“Birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm”
Polşa millisinin hücumçusu Robert Levandovski Almaniyanın "Bavariya" klubunun azarkeşləri və komanda yoldaşları ilə vidalaşıb. AYNA xəbər verir ki, ulduz futbolçu instaqramda Münhen azarkeşlərinə və oyunçularına müraciət edib.
“Bizi dəstəkləyən və bir çox titullar qazanmağımıza kömək edən hər kəsə təşəkkür edirəm. Birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm”, - Levandovski yazıb.
Ulduz oyunçu həmçinin qeyd edib ki, "Bavariya"da keçirdiyi 8 ilin hamısını ürəyinin dərinliyində gözəl karyera dövrü kimi saxlayacaq.
Qeyd edək ki, iyulun 16-da "Bavariya" Levandovskinin "Barselona"ya transfer ediləcəyini açıqlayıb. Alman klubu kataloniyalılarla şifahi razılıq əldə etdiklərini qeyd edib.
Daha əvvəl mətbuatda "Bavariya"nın hücumçunun satışından 50 milyon avro əldə etmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Levandovskinin transfer qiyməti 45 milyon avro qiymətləndirilir.
Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Buna baxmayaraq, polyak oyunçu klubu tərk edərək "Barselona"ya keçməyə hazır olduğunu bildirib.