Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Xəbərlər

02.11.2023 - 19:44

cedabet dərman SEO Xidməti

2 ədəd "İj" və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd "İj" və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş