Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Xəbərlər

02.11.2023 - 23:14

cedabet dərman SEO Xidməti

Üç nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Belə ki, həmin şəxslərdən 2 ədəd "İj"və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş