“Biz tezliklə yeni komandirin adını öyrənəcəyik”
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-polkovnik Aleksandr Lentsov Qarabağı tərk edib. AYNA xəbər verir ki, bu barədə erməni bloger Mika Badalyan öz “Telegram” kanalında yazıb.
“Məndə olan məlumata görə, “Artsax”da sülhməramlıların komandanlığında vəzifə dəyişikliyi edilir. General Lentsov artıq “Artsax”ı tərk edib və biz tezliklə yeni komandirin adını öyrənəcəyik”, - deyə Badalyan yazıb.