Lənkəranda ölümlə nəticələnən yol qəzası qeydə alınıb
Lənkəran rayonunda ağır avtoqəza olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.
Belə ki, zəncirvari qəzada "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "VAZ-2109"da olan sürücü və oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.