Lənkəranda “Qırmızı Kitab”a düşən ağaclar kəsildi

Xəbərlər

02.12.2021 - 15:37

Hadisəni törədən şəxsə cinayət işi açılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Qırmızı Kitab”a düşmüş ağacların kəsilməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan üç ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib.

Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Ayna.az