Lənkəranda qətl: bir nəfər tutulub

Hadisə

19.02.2023 - 14:08

Qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Müəllif: Ayna.az