Lənkəranda dəhşətli qəza olub: ölənlər var

Hadisə

28.03.2024 - 11:28

Ölən şəxslərin adları açıqlanıb

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü avtomobil qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, martın 28-də saat 8 radələrində  Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mercedes-Benz”, Zaur Kərimovun idarə etdiyi VAZ-2109 və D.Səfərlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2109 markalı avtomobilin sürücüsü və oğlu Cavad Kərimov hadisə yerində ölüblər. “Mercedes”in sürücüsü isə bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az