XİN başçısı: "Mənə elə gəlir ki, indi mühüm məqam olacaq”
"Ukraynada Rusiyanın xüsusi əməliyyatının növbəti mərhələsi başlayır". AYNA bildirir ki, bu sözləri ölkənin xarici işlər naziri Sergey Lavrov "India Today"ə müsahibəsində bildirib.
“Bu əməliyyat davam edəcək. Xüsusi əməliyyatın növbəti mərhələsi indi başlayır. Mənə elə gəlir ki, indi mühüm məqam olacaq”, - deyə nazir vurğulayıb.
Nazir xatırladıb ki, xüsusi əməliyyat Donetsk və Luqansk "xalq respublikalarının" “tam azad edilməsi”nə yönəlib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi iki aya yaxındır ki, davam edir.