Lavrov: “Türkiyə ilə Qarabağda birgə işlər görürük”

Xəbərlər

16.03.2022 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

"Türkiyə və Ermənistan arasında əlaqələri dəstəkləyirik"

Türkiyə və Rusiya arasında əlaqələr son dərəcə yaxşıdır. Müxtəlif məsələlərdə ortaq nöqtəni tapa bilirik. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ankara Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalara qatılmadı. Türkiyənin bu qərarını dəstəkləyirik. Eyni zamanda Türkiyə ilə Suriyada, Qarabağda ortaq işlər görürük. Qafqazda yeni “3+2”  platforması da bizim əlaqələrimiz üçün vacibdir. Türkiyə və Ermənistan arasında əlaqələri dəstəkləyirik”, - deyə Lavrov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş