Lavrov: “Avropa Birliyi bizim üçün etibarsız tərəfdaşdır”

Dünya

05.02.2021 - 16:38

“Ümid edirəm ki, apardığımız danışıqlar daha konstruktiv bir trayektoriya tapmağa kömək edəcək”

 

“Rusiyaya qarşı mümkün sanksiyalar Avropa Birliyinin daxili işidir. Moskva Avropa Birliyinin etibarsız bir tərəfdaş olduğuna əsaslanaraq həyatını qurur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözlərim Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazxir bildirib ki, mümkün sanksiyalara Avropa Birliyinin daxili məsələsi kimi yanaşırlar: “Artıq qeyd etdiyim kimi, Avropa Birliyinin getdikcə daha çox qanuni əsası olmayan birtərəfli məhdudiyyətlərə müraciət etməsinə alışmışıq”.

 

“Ümid edirəm ki, yaxınlaşan strateji icmal Avropa Birliyinin yaxın qonşuluqdakı əsas maraqlarına diqqət çəkəcək. Ona da ümid edirəm ki, bu gün apardığımız danışıqlar daha konstruktiv bir trayektoriya tapmağa kömək edəcək”, - deyə Lavrov əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl Borrel ilə görüşündə Lavrov Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlərin normal olmadığını bildirib.

Müəllif: Ayna.az