Latviya Parlamentinin sədri Füzuliyə səfər edib - FOTO

Xəbərlər

19.05.2024 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna səfər edib

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna səfər edib. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Latviya Parlamentinin sədri Füzuliyə səfər edib - Latviya Parlamentinin sədri Füzuliyə səfər edib -
Müəllif: Ayna.az