Laçında həlak olan əsgərlərə şəhid statusu veriləcək

Xəbərlər

05.08.2022 - 16:18

Qanunvericiliyə əsasən, əsgərlər şəhid statusu alacaq

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna və Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.

AYNA xəbər verir ki, qanunvericiliyə əsasən, əsgərlər şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyev isə bir neçə saat sonra vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Ayna.az