Laçında ekskavator minaya düşüb

Hadisə

13.09.2023 - 20:48

Hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb

Laçında ekskavator tank əleyhinə minaya düşüb. AYNA APA-ya istinadən verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb.

Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı, texnikaya ziyan dəydiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az