Baş Prokurorluq Xaçmazda zəhərlənmə ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.
Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.