Bankə məntəqəsində isə suyun səviyyəsi 13 santimetr artıb
İyulun 20-də Böyük Qafqazın ərazisindən axan məntəqəsində Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi dəyişməyib, Qusarçayın Kuzun məntəqəsində 1 santimetr azalıb, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində isə 2 santimetr artıb. Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, Şəmkirçayın Qalakənd, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar, Lənkərançayın Sifidor və Təngərüdçayın Vaqo məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 117 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 56 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 44 faiz çoxdur. Məntəqədə orta su sərfi iyulun 19-da 157 kubmetr/saniyə, maksimal su sərfi iyulun 19-u saat 08:00-da 158 kubmetr/saniyə təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 9 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 20 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 18 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 43 faiz azdır. Məntəqədə orta su sərfi iyulun 19-da 25 kubmetr/saniyə, maksimal su sərfi iyulun 19-u saat 08:00-da 27 kubmetr/saniyə təşkil edib.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 334 santimetr, su sərfi saniyədə 98 kubmetr, məntəqədə orta və maksimal su sərfi iyulun 19-da 98 kubmetr/saniyəyə bərabər olub
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 125, məntəqədə orta səviyyə iyulun 19-da 128 santimetr olub. Maksimal səviyyə isə iyulun 19-u saat 08:00-da 129 santimetr təşkil edib.
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 13 santimetr artaraq 117 santimetr, su sərfi saniyədə 47 kubmetr, məntəqədə orta su sərfi iyulun 19-da 43,2 kubmetr/saniyə, maksimal su sərfi iyulun 19-u saat 20:00-da 51,7 kubmetr/saniyəyə bərabər olub.