Kürqırağı rayonları aclıqdan xilas edən canlı: Görünüşü sizi hürkütməsin - <font color=red> VİDEO</font>

Cəmiyyət

21.02.2020 - 10:22

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda ilanbalığı yerli sakinlərin mətbəxinin əvəzolunmaz yeməyinə çevrilib

 

Azərbaycanda hər bölgənin özünəməxsus mətbəxi var. Eləcə də Ağdaş rayonunun. Bu rayonunun, digər rayonlarda olduğu kimi vazkeçilməz yeməkləri var.

 

Belə yeməklərdən biri, Ağdaş mətbəxinin əsas yeməyi olan ilanbalığıdır. İlanbalığı (digər adı ilə minoqa) ən qədim balıq növlərindən biri hesab olunur. Onlar, əsasən dəniz sahillərində və şirin sularda yaşayır, daha çox xırda balıq ətləri, yosunlar və bitkilərlə qidalanır, bəzən isə balıqların üzərinə yapışaraq onları sovurmaqla qidalanmağa çalışır. Minoqaları adətən Kür çayında, az miqdarda isə Lənkərançayda ovlayırlar.

 

AYNA olaraq ilanbalıqlarının tarixi, ovlanma, təmizlənmə və bişirilmə qaydası haqqında məlumat öyrənmək üçün Ağdaş rayonuna üz tutduq. Rayonun Ləki kəndində yaşayan balıq növləri üzrə mütəxəssis Röyal Əliyev bizə minoqaların tarixi, ovlanma və bişirilmə prosesi barədə məlumatlar verdi.

Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş