Qurban Ələkbərov: “Nə qədər adamın malı-mülkü əlindən getdi, maddi-mənəvi zərər gördülər”
Almaniyada həbs olunan azərbaycanlılarla bağlı xəbərlər gündəmi zəbt edib. AYNA əməkdaşı baş verənlər ətrafında, o ölkədə 20 ildən çoxdur yaşayan həmyerlimiz, diaspor fəali, siyasi elmlər namizədi Qurban Ələkbərovlə həmsöhbət olub.
Onun sözlərinə gör, bu hadisələr gözlənilən idi: “Fikrimcə, baş verənlər təbiidir, gözlənilən idi. Almaniya höküməti bunu çoxdan etməli idi. Hətta deyərdim ki, alman höküməti çox gec davrandı. Nə qədər adamın malı-mülkü əlindən getdi, həm maddi, həm də mənəvi zərər aldılar. İllərdir, Almaniyada yaşayan azərbaycanlılar olaraq baş verənləri izləmək təəssüf doğurur”.
Raminə Eyvazqızı