Fuad Cavadov: “Özəl ekspertlərin qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var”
“Özəl ekspertlər də verdikləri rəyə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir”.
AYNA xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov bu gün keçirilən tədbirdə deyib. O bildirib ki, özəl ekspertlərin səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var.
“Dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər”, - F.Cavadov bildirib.