Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Aksiya çərçivəsində ötən həftənin şənbə və bazar günləri ərzində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatların ərazilərində müxtəlif növdə 40 min ağac əkilib. Aksiya başlayandan bu günədək isə bu say ümumilikdə 100 mindən artıqdır.
Ayna.az
Pin up casino Pin-up casino giriş