Qaz böhranından əziyyət çəkən əhaliyə <font color=red> 15 SENTYABR VƏDİ</font>

Cəmiyyət

05.09.2019 - 19:08

"Azəriqaz" İB: Sentyabrın 15-dən sonra qaz təchizatının dayandırılması azalacaq

 

“Son həftələr, aylar Azərbaycanın müxtəlif rayonlarında, hətta Bakı və ətrafında sistemli şəkildə qaz kəsintiləri olur. Bu kəsintilər əhaliyə verilən qaz limitinin artmasından sonra daha da çoxalıb. Hökumət əhaliyə qazı (limitlə) 1000 m3-ni 100 manata, yəni 59 dollara satır. Halbuki, əhaliyə satılan qazın həcminə yaxın BP-dən səmt qazını illərdir pulsuz alır".

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekpsert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib və "Bəs nə məsələdir ki, yayın oğlan çağında, qaz istehlakının təbii olaraq azaldığı aylarda (evləri isitmək lazım deyil ən azından) əhalinin qazını kəsirlər?”, - deyə sual səsləndirib.

Картинки по запросу natiq cəfərli

Ekspert verdiyi sualı elə özü də cavablandırıb: “Mənim bir ehtimalım var, yazım, birlikdə düşünək. Hələ bu ilin avqust ayının məlumatları çıxmayıb, 2018-ci ilin iyul ayı ilə 2019-cu ilin iyul ayını müqayisə edək:

 

- 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədən 749 mln. dollar dəyərində 4 mlrd. 049 mln. m3 qaz ixrac edilib - hər 1000 m3 qaz 185 dollara, yəni 315 manata düşür.

- 2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 mlrd. 262 mln. dollar dəyərində 6 mlrd. 709 mln. m3 qaz ixrac olunub - hər 1000 m3 qaz 188 dollara, yəni 320 manata düşür.

 

Keçən ilin eyni dövrü ilə müqaisədə bu ilin ilk 7 ayında qaz ixracı 60%-dən çox artıb. Xub, deyə bilərlər ki, bəs hasilat da artıb axı. Doğrudur, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında hasilat 34% artıb, amma ixrac 60%-dən çox artıb axı. Sual yaranır: Hökumət əlavə hardan qaz tapıb ki, ixracı artırıb?!

 

Düşündüm ki, bəlkə Rusiyadan alıb, amma nə keçən il, nə bu il qaz alınması ilə bağlı rəsmi məlumat var. Rusiya mənbələrinə baxdım, Azərbaycana qaz ixracı olmayıb.

 

Deməli, hökumət götürdüyü öhdəlikləri yerinə yetirmək və daha çox qazanmaq üçün öz xalqının, əhalinin qazını kəsib, Gürcüstana və Türkiyəyə satır. Mənim gəldiyim qənaət budur. Əgər rəsmi qurumlar bunun əksini sübut edə bilirsə, buyursunlar, çıxaq efirdə danışaq”.

 

AYNA iqtisadçının yazdığı bu fikirlərə “Azəriqaz”ın münasibətini öyrənib. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov N.Cəfərlinin dedikləri ilə bağlı bunları bildirib: “Natiq Cəfərli açıqlamasında hasilat, ixracatla bağlı rəqəmlər səsləndirib, ötən illə müqayisə olunub. Yəni açıqlamada daha çox ixraca yer verib. “Azəriqaz” İstehsalat Birliyi olaraq bu məsələlərlə məşğul olmadığımıza görə, bu barədə danışa bilmərik. “Azəriqaz” İstehsalat Birliyi yalnız abonentlərə, əhali və qeyri-əhali sektoruna qazın satışı ilə məşğuldur. Həmçinin qaz təchizatını, qazlaşma işlərini həyata keçirir”.

Картинки по запросу ceyhun səfərov

C.Səfərov N.Cəfərlinin qaz verilişinin dayandırılması ilə bağlı səsləndirdiyi ittihamlara da aydınlıq gətirib: “Təchizatın dayandırılması payız-qış mövsümü ilə əlaqədar olan məsələdir. Sızmalarla, qoşulmalarla və kipliyə sınaq işləri ilə bağlı dayandırmalar olur. Sızmalarla bağlı olan dayandırmalar nə sizlik, nə də bizlik olan məsələdir. Məsələn, sabah hansısa xəttin korroziyaya uğramış hissəsində sızıntı baş verə və ya hansısa tikinti şirkəti qazıntı aparanda xətti zədələyə bilər və s. Təchizatı dayandırmadan o sızıntını aradan qaldırmaq mümkün deyil”.

 

“Həmçinin yeni binalar istifadəyə verilir və yaxud yeni yaşayış massivləri salınır ki, onlar da qoşulmaya qəbul olunmalıdır. Qaz təchizatını dayandırmadan bu işi həyata keçirmək mümkün deyil. İlin sonunadək belə qoşulmalar icra olunacaq. Texniki baxımdan qoşulmalar 10 gün-1 ay vaxt aparır, ancaq biz həmin ərazidə təchizatı bir həftə ardıcıl dayandıra bilmərik. Həmin müddəti vaxtlara bölürük”, - deyə “Azəriqaz” sözçüsü əlavə edib.

 

C.Səfərov onu da vurğulayıb ki, yaxın vaxtlarda qaz təchizatının dayandırılması azalacaq: “Kipliyə sınaq işlərində isə qaz təchizatı dayandırılır, bundan sonra kənar müdaxilələrin, sızmaların aşkarlanması üçün kəmərə müəyyən təzyiq altında hava vurulur. Bu prosesin həyata keçirilməsi üçün isə may ayında qrafik tutulur, payız-qış mövsümü başlanana qədər iş bitir. Sentyabrın 15-dək kipliyə sınaq işlərini minimuma endirəcəyik. Həmin tarixdən sonra isə ancaq qoşulmalar və sızmaların aşkarlanması istiqamətində işlər görülə bilər. Bu da dediyim kimi, bizdən asılı deyil”.

Müəllif: Rumiyyə Miraslan