Kürdə suyun səviyyəsi enib

Xəbərlər

01.07.2022 - 11:20

Göstərici dünən səhər saat 08:00-da aparılan müşahidə ilə müqayisədə 36 sm azdır

Bu gün saat 08:00-a olan müşahidəyə əsasən Kür çayında suyun səviyyəsi 353 sm təşkil edib.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, bu barədə Kür Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib.

Qeyd edilib ki, bu göstərici dünən səhər saat 08:00-da aparılan müşahidə ilə müqayisədə 36 sm azdır.

Müəllif: Ayna.az