Kürdə duzluluq norma daxilindədir

Xəbərlər

23.03.2022 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır”

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.

AYNA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib: "Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub".

“Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu, Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır”, - deyə Mərkəz direktoru söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş