Krımda terrorun qarşısı alınıb

Dünya

09.04.2021 - 14:26

Saxlanılan şəxslərin terror təşkilatı əmirləri ilə planlaşdırılan hücum barədə yazışmaları tapılıb

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Krımda terror aktının qarşısını alıb. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Qeyd edilib ki, 1992 və 1999-cu il təvəllüdlü iki Rusiya vətəndaşı Simferopoldakı bir təhsil müəssisəsinə partlayıcı qurğularla hücum planlaşdırıblar. Onlar daha sonra Ukrayna və Türkiyə üzərindən Suriyaya qaçmaq istəyirmişlər.

 

Şübhəlilər Rusiyada qadağan olunan Həyat Təhrir əl-Şam terror qrupunun üzvləridirlər. Onlar saxlanıldıqdan sonra telefonlarında evdə bombaların hazırlanmasına dair təlimatlar və terror təşkilatı əmirləri ilə planlaşdırılan hücum barədə yazışmalar tapılıb.

 

Hər iki şəxsə qarşı terror fəaliyyətinin təşviqi, terrorizmin təbliği və qanunsuz partlayıcı istehsalı maddəsi ilə cinayət işi açılıb.

Müəllif: Ayna.az