Krımda silah-sursat anbarı yanıb: dörd məntəqədən 2000 nəfər təxliyə edilib

Dünya

19.07.2023 - 11:02

cedabet dərman SEO Xidməti

Tavrida magistralının 118-ci kilometrdən 130-cu kilometrə qədər olan hissəsi bağlanıb

Krımda silah-sursat anbarı yanıb. AYNA xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Hadisə Kirovski rayonunda, Alekseevka kəndi yaxınlığındakı poliqonda baş verib. Yerli sakinlər iki saat ərzində yanğın yerindən beş kilometr radiusda partlayış səsləri eşitdiklərini bildiriblər. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Krımın rəhbəri Sergey Aksyonov “Telegram” kanalında yanğın faktını təsdiqləyib: “Hadisənin səbəbləri məlum deyil”.

Aksyonov bildirib ki, dörd yaşayış məntəqəsinin sakinlərinin - iki mindən çox insanın təhlükəli zonadan müvəqqəti təxliyəsi həyata keçirilib.

Bildirib ki, yanğınsöndürənlər yanğını söndürməkdə davam edir. Yaşayış binaları üçün heç bir təhlükə yoxdur.

Həmçinin yanğın səbəbindən Tavrida magistralının 118-ci kilometrdən 130-cu kilometrə qədər olan hissəsi bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş