Krımda partlayışlar olub

Dünya

16.08.2022 - 11:09

“Orada döyüş sursatlarının detonasiyası baş verib”

Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar olub.

AYNA xarici mediaya istinadən bildirir ki, döyüş sursatları saxlanılan anbarda partlayış olduğu üçün yaxınlıqda yerləşən Mayskoe kəndi təxliyə olunub.

"Partlayışlar keçmiş fermada baş verib. Hazırda ərazi hərbçilərin müvəqqəti dislokasiya yeridir. Orada döyüş sursatlarının detonasiyası baş verib", - deyə yerli mənbə qeyd edib.

Müəllif: Ayna.az