Cəhdin qarşısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb
Krım körpüsü vurulub. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, körpüdə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Rusiya Müdafiə Nazirliyi körpünün Ukrayna ordusu tərəfindən vurulduğunu açıqlayıb. Ukraynanın körpünü S-200 raketi ilə vurmağa cəhd etdiyi bildirilib. Qeyd olunub ki, cəhdin qarşısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.
Hücum nəticəsində ölən və ya xəsarət alan olmadığı bildirilib.