Kremldən Puqaçovanın xarici agent kimi tanınması məsələsinə reaksiya

Dünya

29.03.2024 - 16:02

Dmitri Peskov: “Bu barədə heç bir rəsmi açıqlama görməmişəm”

“Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı müraciətə baxılması barədə heç bir rəsmi açıqlama eşitməmişəm”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.

“Xeyr, bilirsiniz, düzünü desəm, mən bu barədə heç nə eşitməmişəm. Bu barədə heç bir rəsmi açıqlama görməmişəm”, - Kreml rəsmisi bildirib.

Qeyd edək ki, martın 27-də rusiyalı ictimai fəal Vitali Borodin rusiyalı estrada ulduzu Alla Puqaçovanın xarici agent kimi tanınması prosedurunun başlandığını bildirib. Fəalın sözlərinə görə, onun ərizəsi əsasında Rusiyanın Baş Prokurorluğu Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.

Müəllif: Ayna.az