Kremldən Jirinovski ilə bağlı açıqlama: "Putin mütəmadi olaraq..."

Dünya

10.02.2022 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: "Dövlət başçısı siyasətçinin tezliklə sağalmasını arzulayır"

Rusiya Prezidenti Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin xəstəxanaya yerləşdirilməsindən xəbərdardır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, dövlət başçısı siyasətçinin tezliklə sağalmasını arzulayır: "Biz Səhiyyə Nazirliyindən onun müalicəsi ilə bağlı mütəmadi məlumat alırıq". 

Bununla yanaşı, TASS-ın mənbəsi Jirinovskinin süni nəfəs aparatına qoşulması xəbərini təkzib edib. Qeyd olunur ki, siyasətçi bəzən tibbi məqsədlər üçün həkimlərdən oksigen maskası alır.

Qeyd edək ki, fevralın 9-da Rusiyanın Səhiyyə Nazirliyi partiya sədri barədə açıqlama yayıb. Bildirilib ki, "Omicron"a yoluxan Jirinovski fevralın 2-dən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, siyasətçinin vəziyyəti stabildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş