Kreml qazın rublla satılması qərarının ləğvini istisna etmir

Dünya

01.04.2022 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Peskov dollar və avro ilə qaz ödənişlərinə qayıtmağın mümkün olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putinin dost olmayan ölkələrlə qaz müqavilələrinin rublla ödəniş formasına keçidi haqqındakı fərmanı ləğv edilə bilər. AYNA TASS-a istinadən xəbər verir ki, bu ehtimalı Putinin sözçüsü Dmitri Peskov səsləndirib.

Onun sözlərinə görə, gələcəkdə müxtəlif variantlar mümkündür: "Lakin indi rublla ödəniş ən etibarlı variant kimi görünür". 

"Rubla keçid ödəniş edilmədiyi təqdirdə çatdırılmanın dərhal dayandırılacağı anlamına gəlmir. Hesablamalar bir ay ərzində gedir", - deyə Kreml sözçüsü bildirib.

Qeyd edək ki, Putin dost olmayan ölkələr üçün Rusiya qazının satışına görə ödənişin rublla edilməsi haqqında fərman imzalayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş