"Bunun üçün müəyyən şərtlər, sənəd hazırlanmalıdır"
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etmir. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya Prezidenti bu görüşdən heç zaman imtina etməyib. Lakin bunun üçün müəyyən şərtlər, daha dəqiq desək, sənəd hazırlanmalıdır. Hələ ki, bu məsələ ilə bağlı sizə heç bir yeni məlumat verə bilmərik”, - deyə Putinin sözçüsü qeyd edib.