“Rusiya Borrelin Navalnının ölümünü araşdırmaq çağırışlarını qəbul etmir”
“Rusiya Borrelin Navalnının ölümünü araşdırmaq çağırışlarını qəbul etmir”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi bildirib ki, Rusiya Aleksey Navalnının ölümünün araşdırılması ilə bağlı Qərbin heç bir tələbini qəbul etmir.
“Biz bu cür tələbləri, xüsusən də cənab Borrelin tələbini qətiyyən qəbul etmirik”, - vurğulayıb.
Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Cozef Borrel Moskvadan Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməsini tələb edib.