Kravçuk Donbassda güzəştə getməyə hazır olduğunu açıqlayıb

Dünya

31.07.2020 - 12:43

“Yeganə missiyam müharibəni dayandırmaq və Ukraynada barış yaratmaqdır”

 

Bu yaxınlarda Donbassdakı Üçtərəfli Əlaqə Qrupunda (TCG) Kiyev nümayəndə heyətinə rəhbərliyə gələn Ukraynanın ilk Prezidenti Leonid Kravçuk güzəştə getməyə hazır olduğunu açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

 

Kravçukun sözlərinə görə, onun yeganə missiyası müharibəni dayandırmaq və Ukraynada barış yaratmaqdır. Buna görə də, o mümkün olan hər şeyi edəcək və güzəştə gedəcək.

 

“Donbassın statusu ilə bağlı ümumi sözlərdən konkret hərəkətlərə keçməyin vaxtıdır. Yerli sakinlərə fayda gətirəcək və öz torpaqlarının sahibləri olduqlarını göstərəcək bir rəhbərlik təşkil olunmalıdır”, - deyə sabiq Prezident qeyd edib.

 

Heyətin yeni rəhbəri hansı kompromislərin müzakirə olunduğunu açıqlamayıb.

 

Qeyd edək ki, əvvəlki müsahibələrinin birində Kravçuk demişdi ki, kompromislərdən biri kimi Donbassda azad iqtisadi zona yaradılmalıdır. Bununla yanaşı, siyasətçi qeyd etmişdi ki, Donbass probleminin həlli Ukraynanın sərhədləri, suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

 

Xatırladaq ki, iki gün öncəm Kravçuk, sabiq Prezident Leonid Kuçmanın əvəzinə Donbassdakı Üçtərəfli Əlaqə Qrupuna Ukrayna nümayəndə heyətinin rəhbəri olmağa razılıq verib. Onun sözlərinə görə, istirahət vaxtı deyil, Donbassda sülh üçün mümkün olan hər şeyi etmək lazımdır.

Müəllif: Ayna.az