Korrupsiya törədən 23 şəxs cinayət başında yaxalanıb

Xəbərlər

22.07.2022 - 16:12

cedabet dərman SEO Xidməti

2 min 339 müraciətdən 63-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb

Bu ilin altı ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılıb, keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanıb, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2 min 339 müraciətdən 63-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş