Koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

15.05.2022 - 18:51

258 nəfər “buster” doza üzrə vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 896 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 272, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 112, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 687 648, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 047, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 256 620, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 243 142 nəfər təşkil edir.

Müəllif: Ayna.az