Azərbaycanda bir gündə 19 minə yaxın şəxs COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 957 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14568, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 425 032, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 322 427, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 821 276, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 054 089, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 227 240 nəfər təşkil edir.